Ukraynada virusa yoluxanların sayı 58 mini ötüb

Ukraynada virusa yoluxanların sayı 58 mini ötüb
  18 İyul 2020    Oxunub:3999
Ukraynada son sutka ərzində daha 847 nəfər koronavirusa yoluxub. Onlardan 36-sı uşaq, 51 nəfəri tibb işçisidir.
Azvision.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 58 min 111 nəfərə çatıb. Bu günədək virusa yoluxanların 4129 nəfəri uşaq, 7886-sı isə tibb işçisidir.

Son sutkada pandemiya qurbanlarının sayı 21 nəfər artaraq 1477-yə yüksəlib, indiyədək 30 min 525 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   virus  



Xəbər lenti