İtaliyada bir gündə 218 yoluxma aşkarlandı

İtaliyada bir gündə 218 yoluxma aşkarlandı
  20 İyul 2020    Oxunub:2993
İtaliyada son sutka ərzində 218 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 244 min 434 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 3 nəfər artaraq 35 min 45-ə çatıb, 196 min 949 nəfər müalicə olunaraq sağalıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus   Pandemiya  



Xəbər lenti