Niyyətlərinin puça çıxdığını görən erməni radikalları bir sıra təxribatlara və zorakı təhriklərə əl atıblar. Soydaşlarımızın sayıqlığı və ABŞ hüquq-mühafizə orqanlarının peşəkar davranışı sayəsində belə təxribatlar və təhriklər nəticəsiz qalıb.
Azərbaycan Dövlət Himni və milli musiqisi, o cümlədən, "Əsgər Marşı" və "Sarı gəlin" kimi ifalar ermənilərin təxribatçı şüarlarını tamamilə susdurub. Heç nəyə nail ola bilməyən, qarşısında özündən qat-qat çoxsaylı Azərbaycan icmasını görən erməni radikalları ölkəmizin səfirliyi qarşısındakı ərazini tərk edib və öz məğlubiyyətini göstərən paylaşımları sosial şəbəkələrdə göstərməkdən çəkiniblər.
Əks-etiraz aksiyasına müxtəlif ştatlardan Nyu-York, Nyu-Cersi, Şimali Karolina, Massaçusetts, Virginiya, Merilend və s. ştatlardan qoşulan soydaşlarımız səfirliyimizə dəvət olunub. Öz növbəsində, səfir Elin Süleymanov soydaşlarımıza onların vətənpərvərliyinə və Azərbaycan dövlətinə dəstəyə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, son günlər ABŞ-nin müxtəlif ştatlarında silsilə etiraz aksiyaları keçirilir. İyulun 16-da Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında Azərbaycan icması tərəfindən geniş etiraz aksiyası baş tutub.
Ölkəmizin ABŞ-dakı səfirliyi bütün soydaşlarımıza öz təşəkkürünü bildirir, onları keçirdikləri aksiyalarda yerli qanunlar və COVID-19 pandemiyası ilə əlaqədar tələblərə riayət etməyə, habelə, mümkün təxribat və zorakı təhrikdən yayınmağa çağırır.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


