Ermənistanda koronavirusdan ölüm sayı 650-yə çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 650-yə çatdı
  20 İyul 2020    Oxunub:2344
Ermənistanda son sutka ərzində daha 104 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 34 981 nəfərə çatıb.

Son sutkada 9 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 650 nəfər olub.

İndiyədək 23 502 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 209 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti