Ermənistanda koronavirusa yoluxma sayı 35 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 35 mini ötdü
  21 İyul 2020    Oxunub:2759
Ermənistanda son sutka ərzində daha 273 nəfərdə yeni növ koronavirus aşkarlanıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, ölkə üzrə yoluxma sayı 35 min 254-ə çatıb.

Bir gündə virusa yoluxmadan 12 nəfər ölüb. Pandemiya qurbanlarının ümumi sayı 662 nəfərdir. Koronavirusa yoluxub, digər xəstəlikdən ölənlərin sayı isə 215 nəfərdən çoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  



Xəbər lenti