Rusiyada daha 5842 nəfər koronavirusa yoluxdu

Rusiyada daha 5842 nəfər koronavirusa yoluxdu
  21 İyul 2020    Oxunub:3661
Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 5842 nəfər artaraq 783 min 328-ə yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, son sutkada 153 nəfər koronavirusdan həyatını itirib.

Pandemiya qurbanlarının ümumi sayı 12 min 580 nəfərdir. Bu günədək 562 min 384 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti