Sərnişinləri girov götürən şəxs adını açıqladı

Sərnişinləri girov götürən şəxs adını açıqladı
  21 İyul 2020    Oxunub:3406
Ukraynanın Lutsk şəhərində 20 sərnişinin olduğu avtobusu qaçıran şəxs özünü asayiş keşikçilərinə Maksim Ploxoy kimi təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müavini Anton Geraşenko “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, həmin şəxs səhər saat 09:25-də polisə zəng vuraraq adını verib.

"İnternetdə, Maksim Ploxoyun müəllifi olduğu "Cinayətkarın fəlsəfəsi" adlı kitab var. Kitabda müəllifin həbs yerlərində qalması və həyatla bağlı baxışları izah olunur", - deyə Geraşenko vurğulayıb.

Bundan əlavə, digər sosial şəbəkələrdə belə adlar olan hesablar mövcuddur. Belə ki, "YouTube"dakı "Maksim Ploxoy" kanalında iki video yerləşdirilib, onlardan biri "Antisistem" adlanır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MaksimPloxoy  



Xəbər lenti