14 yaşlı qız valideynlərini öldürən “Taliban”çıları güllələdi

14 yaşlı qız valideynlərini öldürən “Taliban”çıları güllələdi
  21 İyul 2020    Oxunub:3886
Əfqanıstanlı qız valideynlərini öldürən "Taliban" hərəkatı üzvlərindən qisas alıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı yerli polis idarəsi yayıb.

Hadisə Əfqanıstanın Qor əyalətində yerləşən kənddə baş verib. Belə ki, "Taliban"çılar qızın atasını və anasını hökumət tərəfdarı olmaları səbəbindən evinin önündə güllələyib. Bu zaman evdə olan 14 yaşlı Kamar Gül adlı qız avtomatla əvvəlcə valideynlərinin qatili olan iki hərəkat üzvünü öldürüb, sonra bir neçəsini yaralayıb.

Kamar Gül və onun kiçik qardaşı Əfqanıstan hərbçiləri tərəfindən təhlükəsiz yerə aparılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  



Xəbər lenti