Çinin ABŞ-dakı səfirliyində partlayış qorxusu

Çinin ABŞ-dakı səfirliyində partlayış qorxusu
  22 İyul 2020    Oxunub:3440
Çinin ABŞ-dakı səfirliyi son günlər partlayışların olacağı ilə bağlı təhdidlər alır.
Azvision.az xəbər verir ki, bu barədə "Penpay" qəzeti məlumatlı mənbəyə istinadən yazıb.

Nəşrin məlumatına görə, iyulun 20-də Çinin Birləşmiş Ştatlarındakı səfirliyinin viza şöbəsinə naməlum nömrədən zəng daxil olub. İngilis dilində danışan kişi binada bomba olması barədə xəbərdarlıq edib.

"Sonuncu zəng zamanı kişi soruşdu: "Bu, Çin səfirliyinin viza şöbəsidir?" O, təsdiq cavabını aldıqdan sonra yenidən soruşdu: "Foyedə nə olduğunu bilirsinizmi?". Bundan sonra həmin şəxs partlayış səsini simulyasiya edərək dəstəyi asıb",- deyə nəşr yazıb.

Bundan başqa, səfirliyə yazılı formada da təhdidlər gəlir. Bununla əlaqədar Çinin ABŞ-dakı səfirliyində və baş konsuluğunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Çin   ABŞ  



Xəbər lenti