Almaniyada son sutkada 569 yoluxma qeydə alındı
Bildirilib ki, bir gündə 6 nəfər COVID-19 virusundan ölüb. Pandemiya qurbanlarının ümumi sayı 9101 nəfərdir. Ölkə üzrə koronavirusa yoluxanların sayı 203 368 nəfərə yüksəlib.
Ən çox yoluxma faktı Bavariya (50 049), Şimali Reyn-Vestfaliya (46 615) və Baden-Vürttemberq (36 565) qeydə alınıb. Berlində virusa yoluxanların sayı 8860 nəfər təşkil edir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: RobertKoxİnstitutu Almaniya







Vaxtında, Aydın, Lazımlı!


