Ermənistanda koronavirusa yoluxma sayı 36 mini keçdi

 Ermənistanda koronavirusa yoluxma sayı 36 mini keçdi
  23 İyul 2020    Oxunub:2574
Ermənistanda son sutka ərzində daha 469 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 36 162 nəfərə çatıb.

Son sutkada 10 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 668 nəfər olub.

İndiyədək 25 244 xəstə sağalıb. Koronavirusa yoluxmuş, lakin digər xəstəlikdən ölənlər isə 217 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti