Koronavirusun tüğyan etdiyi ölkədə son vəziyyət

Koronavirusun tüğyan etdiyi ölkədə son vəziyyət
  23 İyul 2020    Oxunub:3597
Hindistanda son sutka ərzində 45,7 min nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 1 238 635 nəfərə çatıb. İndiyə kimi 753 049 xəstə sağalıb, 29 861 nəfər pandemiyanın qurbanı olub.

Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Hindistan  



Xəbər lenti