“Atəşkəsin bərpasında Moskvanın xüsusi rolu var” - Paşinyan

 “Atəşkəsin bərpasında Moskvanın xüsusi rolu var” -  Paşinyan
  23 İyul 2020    Oxunub:3713
Azərbaycanla atəşkəsin bərpasında Moskvanın xüsusi rolu var.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, iyulun 12-dən sonra beynəlxalq ictimaiyyət atəşkəs rejiminin pozulmasına dair çoxsaylı çağırışlar edib.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri və təmsil etdikləri ölkələr atəşkəsin bərpasında mühüm rol oynadılar. Bu baxımdan Rusiya Federasiyasının cəlb edilməsi xüsusilə təsirli oldu. Bu, həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də Silahlı Qüvvələrin Baş Qərargahı səviyyəsində özünü göstərdi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti