Almaniyada koronavirusa yoluxanların sayı artıb

Almaniyada koronavirusa yoluxanların sayı artıb
  24 İyul 2020    Oxunub:2608
Almaniyada son sutka ərzində daha 815 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Ötən gün 10 nəfər infeksiyadan ölüb. Pandemiya qurbanlarının ümumi sayı 9111 nəfərdir. Ölkə üzrə virusa yoluxanların sayı 204 183 nəfərə yüksəlib. Təxminən 189,4 min insan sağalıb.

Ən çox yoluxma faktı Bavariya (50 112), Şimali Reyn-Vestfaliya (46 956) və Baden-Vürttemberq (36 731) qeydə alınıb. Berlində isə 8894 yoluxma halı aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Berlin   Almaniya   Koronavirus  



Xəbər lenti