Ermənistanda 2230 uşaq koronavirusa yoluxub

Ermənistanda 2230 uşaq koronavirusa yoluxub
  24 İyul 2020    Oxunub:3197
Ermənistanda iyulun 17-nə olan məlumata görə, 2230 uşaq yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda bir uşaq son dərəcədə kritik, 12 uşaq isə ağır vəziyyətdədir.

1134 uşağın vəziyyəti yüngül və orta qiymətləndirilir. Virusun aşkarlandığı uşaqlardan ən kiçiyi 28 günlükdür. COVID-19-a yoluxan uşaqlardan 1231 nəfəri oğlan, 999 nəfəri qızdır. İndiyədək onlardan 1665-i sağalıb.

Xatırladaq ki, Ermənistanda ümumilikdə 36 613 nəfər koronavirusa yoluxub, 692 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti