Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri xarici həmkarlarından Azərbaycanlılara qarşı açıq cinayət törətmiş ermənilərin qanun qarşısında cavab vermələri məsələsini nəzarətdə saxlamağı xahiş edib və analoji cinayətlərin təkrarlanmasına yol verməmək istiqamətində parlament səviyyəsində də səylərin göstərilməsinin vacibliyini nümayəndə heyətləri rəhbərlərinin diqqətinə çatdırıb.
Azay Quliyev ATƏT PA-nın ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallığının artırılması baxımından bütün imkanlarının səfərbər olunmasının əhəmiyyətini xatırladaraq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi, 1975-ci il Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin daha fəal olmağa çağırıb.
Nümayəndə heyətlərinə göndərilən məktubların surəti ATƏT PA-nın prezidenti Georgi Sereteli və Baş katibi Roberto Montellaya da təqdim olunub.
Azvision.az
Teqlər: Azay-Quliyev