Türkiyədə koronavirusla bağlı son vəziyyət

 Türkiyədə koronavirusla bağlı son vəziyyət
  04 Avqust 2020    Oxunub:3997
Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, daha 995 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5747, virusa yoluxanlar isə 233 min 851 nəfərə çatıb.

Türkiyədə indiyədək 217 min 497 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti