Hindistanda virusa yoluxma sayı 56 mindən çox artdı

  06 Avqust 2020    Oxunub : 2078
Hindistanda virusa yoluxma sayı 56 mindən çox artdı
Hindistanda son sutka ərzində 56 282 nəfər koronavirusa yoluxub, 904 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 1 964 536 nəfərə çatıb, indiyədək 40 699 pasiyent pandemiyanın qurbanı olub, 1 328 336 nəfər sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan   yoluxma