Həmkarından Lukaşenkonu qəzəbləndirəcək sözlər

Həmkarından Lukaşenkonu qəzəbləndirəcək sözlər
  14 Avqust 2020    Oxunub:4442
Litva Prezidenti Gitanas Nauseda bildirib ki, belaruslu həmkarı Aleksandr Lukaşenkonu qanuni dövlət başçısı hesab etmək olmaz.
Azvision.az xəbər verir ki, bu barədə o, "Sky News" telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, biz Lukaşenkonu qanuni hesab edə bilmərik. Çünki Belarusda azad demokratik seçkilər olmadı".

Nauseda Belarusa qarşı sanksiyaların tətbiqinin mümkün olduğunu, ancaq belə bir qərarın Belarus xalqına mənfi təsir göstərəcəyini vurğulayıb.

"Belarusla normal münasibətlərin qurulması üçün tamamilə zəruri şərt azad seçkilər və bu seçkilərin məntiqi nəticəsidir. Dünya və beynəlxalq birlik vəziyyətin həllində birləşməli və fəal iştirak etməlidir".

Eyni zamanda, o, Avropa Birliyinin ölkədəki vəziyyətə passiv münasibət göstərəcəyi təqdirdə, Belarusun tamamilə Rusiyanın tərkibinə daxil ola biləcəyinə dair fikirlər səsləndirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Litva   Belarus  





Xəbər lenti