Azərbaycan XİN Pakistanı təbrik edib

  14 Avqust 2020    Oxunub : 2942
Azərbaycan XİN Pakistanı təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

“Pakistan İslam Respublikasına Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycanla Pakistanı güclü dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Bu sevincli gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”, - deyə təbrikdə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pakistan   XİN   Təbrik