Ukraynada yoluxma sayı artmaqda davam edir

Ukraynada yoluxma sayı artmaqda davam edir
  14 Avqust 2020    Oxunub:2754
Ukraynada son sutka ərzində 1732 nəfər COVID-19 virusuna yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 87 872 nəfərə çatıb. İndiyədək 46 797 xəstə sağalıb, 2011 nəfər isə koronavirusun qurbanı olub.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   yoluxma  





Xəbər lenti