Belarus XİN: “Xarici tərəfdaşlarla dialoqa hazırıq”

 Belarus XİN:  “Xarici tərəfdaşlarla dialoqa hazırıq”
  14 Avqust 2020    Oxunub:3254
Belarus seçkilərdən sonrakı vəziyyəti xarici tərəfdaşlarla müzakirə etməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Vladimir Makey isveçrəli həmkarı İqnasio Kassis ilə telefon danışığı zamanı deyib.

"Belarus seçki kampaniyası və ondan sonrakı hadisələrin inkişafı ilə bağlı bütün məsələlər üzrə xarici tərəfdaşlarla konstruktiv və obyektiv dialoqa hazırdır”, - deyə nazir bildirib.

Telefon danışığı bu gün İsveçrə tərəfinin təşəbbüsü ilə baş tutub.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkinin qalibi hazırkı prezident Aleksandr Lukaşenko elan edilib. Seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti