Rusiya daha bir ölkə ilə uçuşları bərpa edir

Rusiya daha bir ölkə ilə uçuşları bərpa edir
  15 Avqust 2020    Oxunub:5615
Rusiya bu gündən İsveçrə ilə uçuşları bərpa edir.
Azvision.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış Moskva-Cenevrə istiqaməti üzrə ilk uçuş bu gün reallaşacaq.

Xatırladaq ki, avqustun 1-də Rusiya xarici ölkələrə - Türkiyə və Böyük Britaniyaya ilk uçuşlarını bərpa edib. Bundan əlavə, Tanzaniyaya da uçuşlara icazə verilib.

Avqustun 10-dan Türkiyə kurortlarına - Antalya, Bodrum və Dalamana reyslər bərpa olunub.

Moskvadan Cenevrə və geriyə uçuşlar “Aeroflot” aviaşirkəti tərəfindən həftədə bir dəfə həyata keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Təyyarə   Aviareys  





Xəbər lenti