Belarusa kömək etməyə hazırıq - ATƏT sədri

Belarusa kömək etməyə hazırıq -  ATƏT sədri
  28 Avqust 2020    Oxunub:2909
ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama Belarus hakimiyyəti ilə xalq arasında konstruktiv dialoqun qurulmasına kömək etmək istəyini açıqlayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Edi Rama Vyanada ATƏT Daimi Şurasının Belarusa həsr edilmiş xüsusi iclasında çıxışı zamanı deyib.

ATƏT sədri bildirib ki, Belarusdakı gərgin vəziyyət xalqla hakimiyyət arasında daxili siyasi dialoq əsasında həll olunmalıdır.

“Biz kömək edə bilərik, lakin vəziyyəti həll edə bilmərik. Qərar Minskdə və Belarus xalqının müstəqilliyinə, suverenliyinə və insan haqlarına tam hörmətlə olmalıdır”, E.Rama əlavə edib.

O, ATƏT-in gələcək sədri, İsveç Xarici İşlər naziri Ann Linde ilə birlikdə kömək etməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, ATƏT tərəflər arasında dialoqun qurulması üçün dövlətlərə dəstək verməkdə lazımi təcrübəyə malikdir.

"Ümid edirik ki, Belarus hökumətindən bu təklifə müsbət cavab alacağıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  



Xəbər lenti