Belarus Rusiyadan peyvənd alacaq

 Belarus Rusiyadan peyvənd alacaq
  28 Avqust 2020    Oxunub:2744
Belarus ilk olaraq, koronavirusa qarşı Rusiya peyvəndini alacaq.
Azvision.az "Belta”ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, bununla bağlı Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlib.

"Biz Putinlə razılaşdıq. Vladimir Vladimiroviçin özü bu seçimi bizə təklif etdi. Artıq vaksinləri iki mərhələdən keçib. Mən Putinə niyə inanıram: o, bu peyvəndi ailəsində sınaqdan keçirib. Buna görə də biz razılaşdıq. Mərhələləri çox ciddi şəkildə keçdilər. Bir çox məşhur oliqarxlar peyvənd edildi", Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, artıq bir çox ölkə, vaksinin alınması üçün Rusiya ilə müqavilələr imzalayıb, üçüncü mərhələdən sonra onun kütləvi istehsalına başlanacaq.

"Prezident Putin belə istəyimiz olarsa, Belarusun ilk olacağına vəd verdi.
Buna görə narahat olmaq lazım deyil. Biz, əlbəttə ki, yalnız Rusiya peyvəndini sınamayacağıq. Digərlərini də nəzərdən keçirəcəyik. Ruslar, çinlilər və amerikalılar vaksinlərin yaradılması və istehsalında liderlik edirlər".

Lukaşenko Rusiyada yaxşı bir peyvənd istehsal olunduğuna əmindir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Belarus   Peyvənd  





Xəbər lenti