Qazaxıstanda 95 mindən çox şəxs virusa qalib gəlib

Qazaxıstanda 95 mindən çox şəxs virusa qalib gəlib
  28 Avqust 2020    Oxunub:3228
Qazaxıstanda son sutka ərzində koronavirusa 165 yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "CentralAsia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkə üzrə 105 408 yoluxma halı müəyyən edilib. İndiyədək 95 253 xəstə sağalıb, 1563 insan virusun qurbanı olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 8592 nəfərin müalicəsi davam edir, 255 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti isə daha ağırdır.

Şahanə Rəhimli

Azvision.az




Teqlər: Qazaxıstan  





Xəbər lenti