İranda koronavirusdan ölənlərin sayı 21 mini keçdi

 İranda koronavirusdan ölənlərin sayı 21 mini keçdi
  28 Avqust 2020    Oxunub:2629
İranda son sutka ərzində daha 112 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 21 249 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2115 nəfər artaraq 369 911-ə yüksəlib.

İranda indiyədək 318 270 pasiyent sağalıb, 3 811 xəstənin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti