Beyrutdakı partlayışda yaralanan daha bir erməni ölüb

Beyrutdakı partlayışda yaralanan daha bir erməni ölüb
  28 Avqust 2020    Oxunub:2652
Beyrut limanında baş vermiş partlayış nəticəsində yaralanan daha bir erməni ölüb.
Azvision.az Ermənistan KIV-ə istinadla xəbər verir ki, erməni qadın Anet Xaçikyan xəstəxanada vəfat edib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında 2705 ton ammonium nitrat olan anbar partlayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 14 erməni də daxil olmaqla 170-ə yaxın insan ölüb, həmçinin yüzlərlə erməni də daxil olmaqla 5 minə yaxın insan yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beyrut   Partlayış  





Xəbər lenti