Navalnının vəziyyəti stabil olaraq qalır

 Navalnının vəziyyəti stabil olaraq qalır
  28 Avqust 2020    Oxunub:3126
Rusiya müxalifətinin lideri, bloger Aleksey Navalnı komadadır və süni tənəffüs aparatına qoşulub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun müalicə aldığı Berlindəki klinikadan bildirilib.

“Navalnının vəziyyəti stabil olaraq qalır, kolinesteraz inhibitorları ilə zəhərlənmə əlamətləri azalma tendensiyasını göstərir", klinikadan bildirilib.

Məlumatda qeyd edilib ki, Navalnının vəziyyəti ağır olaraq qalır, amma həyati təhlükəsi yoxdur, əvvəlki kimi, xəstəliyin nəticələri bəlli deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Berlin   Navalnı  





Xəbər lenti