Türkiyədə gündəlik yoluxma və ölüm sayı artdı

   Türkiyədə gündəlik yoluxma və ölüm sayı artdı
  29 Avqust 2020    Oxunub:3268
Türkiyədə son sutka ərzində 36 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1517 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6245, virusa yoluxanlar isə 265 515 nəfərə çatıb.

Türkiyədə indiyədək 241 809 pasiyent (son sutkada 1017 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti