İtaliyada 1462 yeni yoluxma qeydə alındı

İtaliyada 1462 yeni yoluxma qeydə alındı
  29 Avqust 2020    Oxunub:2694
İtaliyada son sutka ərzində 1462 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 265 min 409 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 9 nəfər artaraq 35 min 472-yə çatıb, bu günə kimi 206 min 902 xəstə müalicə olunaraq sağalıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti