Tramp Baydeni demokratların ən pis namizədi adlandırdı

Tramp Baydeni demokratların ən pis namizədi adlandırdı
  29 Avqust 2020    Oxunub:2662
Co Bayden demokratların indiyə qədər irəli sürülmüş ən pis prezidentliyə namizədidir.
Azvision.az xəbər verir ki, bunu hazırkı dövlət başçısı, prezidentliyə respublikaçı namizəd Donald Tramp deyib.

"Demokratlar tərəfindən irəli sürülmüş ən pis namizədin əleyhinə çıxmaqdan şərəf duyuram”, - deyə Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin edilib. Keçmiş vitse-prezident Co Bayden demokratların, hazırkı dövlət başçısı Donald Tramp isə respublikaçıların namizədidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti