Ermənistanda daha 175 nəfər koronavirusa yoluxdu

 Ermənistanda daha 175 nəfər koronavirusa yoluxdu
  29 Avqust 2020    Oxunub:1936
Ermənistanda son sutka ərzində daha 175 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 43 626 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, pandemiya qurbanlarının sayı 872 nəfərə çatıb.

Koronavirusa yoluxmuş, digər xəstəliklərdən ölənlərin sayı 266 nəfərdir. İndiyədək 37 563 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti