Konqoda yaraqlılar beş məktəblini öldürüb
"Hərbçilər Şimali Kivu əyalətinin Katanqa bölgəsindəki təhsil mərkəzinə hücum ediblər. Beş məktəbli öldürülüb", - deyə Konqo regional hökumətinin təhsil naziri Priska Kamala bildirib.
Rəsmi məlumata görə, təcavüzkarlar bir müəllimi və bir neçə tələbəni qaçırıblar. Qaçırılan şəxslərin dəqiq sayı məlum deyil.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


