Pərviz Hacıyev baş həkim təyin olundu

Pərviz Hacıyev baş həkim təyin olundu
  02 Noyabr 2020    Oxunub:5777
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim vəzifəsinə Pərviz Nadir oğlu Hacıyev təyin edilib.
Bu barədə Azvision.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb. Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirmişdir. Özəl tibb müəssisəsində çalışıb.

Azvision.az



Teqlər: TƏBİB   Baş-həkim  





Xəbər lenti