“Təkcə Araik yox, generallar da məhv edilib”

 “Təkcə Araik yox, generallar da məhv edilib”
  05 Noyabr 2020    Oxunub:7660
Bir neçə gün əvvəl mətbuatda və sosial şəbəkələrdə Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın məhv edilməsi ilə bağlı məlumat yayılıb. Arutyunyanın Azərbaycan Ordusu tərəfindən məhv edilən hərbi avtomobil karvanında olduğu iddia edilir. Bundan sonra separatçıların liderinin görünməməsi məlumatın doğruluğuna şübhə yeri qoymur.
Həmçinin, ötən gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma rejimin “prezident administrasiyası” İrəvana köçürülüb. İclas zamanı çəkilən fotoda Araik Arutyunyanın orada olmadığı görünür. Bu nüans Arayikin ölməsi şübhələrini daha da artırır. Ermənistan tərəfi isə israrla separatçı liderin sağ olduğunu əsaslandırmağa çalışır, lakin ortaya heç bir fakt qoya bilmir.

Düşmən tərəfinin belə məlumatları inkar etməsi ilk hal deyil. Belə ki, bundan əvvəl Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın məhv edilməsinin videogörüntüsü yayılıb. Ermənilər bunu inkar edərək Arutyunyanın ölmədiyini deyir. Amma dərhal onun yerinə təyinatın olması separatçı “müdafiə naziri”nin ölüm xəbərini təsdiqləyir.



Hərbi ekspert Ruslan İmanquliyev Azvision.az -a açıqlamasında bildirib ki, separatçıların lideri Araik Arutyunyan ciddi araşdırılacaq bir şəxs və əhəmiyyət kəsb edən hərbi obyekt deyil. Onun sözlərinə görə, bu günümüzdə məhv edilmiş bir şəxsin saxta formada maska ilə qarşıya çıxarılması da çətin məsələ deyil:

"Araik Arutyunyan məhv edilib. O, elə də böyüdüləcək, ciddi əhəmiyyət kəsb edən şəxs deyil. Onun məhv edilməsini sübuta yetirməyə də ehtiyac yoxdur. Birinci Qarabağ müharibəsində belə nümunələr olub. Onların böyütdükləri "qəhrəmanlar", beynəlxalq terrorist Monte Melkonyan var idi. Sonra onun haqqında yalan məlumatlar verdilər. Bu baxımdan Araik Arutyunyan "qəhrəman" ediləcək və bizim Qarabağdakı döyüşlərimizə ciddi formada təsir edəcək şəxs deyil. O sadəcə işə yaramayan bir fiqurdur".

Hərbi ekspert qeyd edib ki, indiyə qədər təkcə Araik Arutyunyan deyil, düşmənin general və polkovnikləri də məhv edilib.

"Onların arasında birinci Qarabağ müharibəsində bizə qarşı döyüşənlər də var. Burada Cəlal Arutyunyanın məhv edilməsini göstərmək olar. Onun kimi yüksək rütbəli düşmən hərbçilərini məhv etmək bizim üçün asan məsələdir. Bir neçə gün bundan qabaq tabor komandirləri məhv edildi. Bu, o deməkdir ki, Ermənistan artıq bölük və tabor səviyyəsinə düşüb. Ermənistanda məhdud bölüklər, taqımlar var. Bu gün bir taqım komandirinin itirilməsi onlar üçün ciddi itkidir. Canlı qüvvə nisbəti baxmından Azərbaycanın ciddi üstünlüyü var. Bunu özləri də etiraf ediblər ki, Azərbaycan onlardan 10-12 dəfə üstündür. Canlı qüvvə, texnoloji və döyüş sahəsindəki taktiki üstünlüyümüz hər kəsə məlumdur. Buna istər hibrid, istər assimetrik, istər kinetik, istərsə də kinetik olmayan müharibə olaraq yanaşsaq, Azərbaycan Ordusunun ortaya qoyduğu üstünlük var. Bu, Azərbaycan xalqının bir siyasi iradə ətrafında birləşmiş üstünlüyünün qətiyyətli təzahürüdür".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Erməni   Ölüm   Yalan   Məlumat  





Xəbər lenti