9 ayda narkotiklərlə bağlı 4195 fakt aşkarlanıb

  9 ayda narkotiklərlə bağlı 4195 fakt aşkarlanıb
  05 Noyabr 2020    Oxunub:2054
Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 4195 (+535 və ya 12,8%) fakt aşkar olunub.
Azvision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Qeyd olunub ki, onlardan 1507-si (+436) narkotik vasitələrin qanunsuz satışı, 2309-u (+19) narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si (+56)qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 62-si(+24) isə digər cinayətlərlə bağlı olub.

Vurğulanıb ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kq 356,5 qr (+1 ton 831,7 kq) narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 297 kq 293,6 qr-nı (+ 1 ton 483,4 kq) heroin (60,4%), 848 kq 997,8 q-nı (+163,8 kq) marixuana (22,3%), 267 kq 258,7 qr-nı (+ 19,7 kq) tiryək (7%), 90 kq 377,2 qr-nı (+68,9 kq) həşiş (2,4%), 394 qr-nı (-3,5 kq) kokain (0,01%), 302 kq 035,2 qr-nı (+99,3 kq) psixotrop maddələr və digərləri (7,9%) təşkil edib.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti