Bu il İİV-ə yoluxanların sayı açıqlandı

  Bu il İİV-ə yoluxanların sayı açıqlandı
  05 Noyabr 2020    Oxunub:1677
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, bu ilin 9 ayı ərzində İİV-ə 397 nəfər yoluxub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Azvision.az -a verilən məlumata görə, onlardan 390-ı Azərbaycan Respublikası vətəndaşıdır.

Qeyd olunub ki, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8526 nəfərdən (6112 kişi, 2434 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olub. Onların da 2620 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülüb. Qeydiyyatda olanların 8237 nəfəri Azərbaycan Respublikası (5904 nəfər kişi, 2333 qadın ), 289-u (208 kişi, 81 qadın) əcnəbi vətəndaşlardır.

Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 9 ayında aşkarlanmış 390 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 54 (13,9%) nəfəri inyeksion narkotik istifadəçisi olub.

Azvision.az


Teqlər: Narkotik   İİV  





Xəbər lenti