BMT-də İlham Əliyevin təşəbbüsü dəstəkləndi

BMT-də İlham Əliyevin təşəbbüsü dəstəkləndi
  06 Noyabr 2020    Oxunub:4385
BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib.

Azvision.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır "Twitter" hesabında yazıb.
V.Bozkır bildirib: "COVID-19 ilə əlaqədar dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiya 3-4 dekabr 2020-ci il tarixlərində mənim sədrliyimlə keçiriləcək. Dünya liderləri qarşılaşdığımız bu böyük problemə qarşı BMT-də toplanacaqlar. Səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla COVID ilə mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə ətraflı müzakirə ediləcək".

BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi “Tvitter” səhifəsində isə qeyd edilib ki, BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi yeni növ koronavirusla əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilmə qaydası haqqında qərar qəbul edib.

Azvision.az


Teqlər: BMT   Sessiya  





Xəbər lenti