Şəhidlərimiz “Qalatasaray”ın oyununda anılacaq

  24 Noyabr 2020    Oxunub : 3363
Şəhidlərimiz “Qalatasaray”ın oyununda anılacaq
Türkiyənin "Qalatasaray" klubunun oyunlarının birində Vətən Müharibəsində şəhid olmuş Fərid Dursunov və Murad Məmmədov yad ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Gündüz Abbaszadə "Facebook" səhifəsində yazıb. Jurnalist bildirib ki, İstanbul təmsilçisinin prezidentinin köməkçisi Yusuf Günayla danışıb.

G.Abbaszadə klub rəsmisinin şəhid ailələrinin əlaqə nömrəsini istədiyini bildirib.

Qeyd edək ki, Fərid Dursunov və Murad Məmmədov "Qalatasaray" azarkeşi olub. F.Dursunov “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ımın bayrağını da asarsınız”, - deyə dostlarından xahiş edib.

Ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz.

Azvision.az

Teqlər: Şəhid   Qalatasaray