“Vaksinasiya qısa müddətdə müsbət təsir göstərəcək” - Zaur Əliyev

 “Vaksinasiya qısa müddətdə müsbət təsir göstərəcək” -    Zaur Əliyev
  18 Yanvar 2021    Oxunub:3616
Koronavirusa qarşı vaksinasiyanın başlaması ilə Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, COVID-19 virusuna qarşı vaksinasiya qısa müddətdə müsbət təsirini göstərəcək.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı və digər şəxslər koronavirusa qarşı peyvənd olunublar.



Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin   Koronavirus  





Xəbər lenti