Azərbaycanda təbii qaz hasilatı artıb

Azərbaycanda təbii qaz hasilatı artıb
  19 Yanvar 2021    Oxunub:1984
Azərbaycanda təbii qaz hasilatı ötən il təqribən 4 faiz artıb.
SOCAR-dan Azvision.az -a bildirilib ki, il ərzində şirkət müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton neft, 7,3 milyard kubmetr qaz hasil edib.

Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə ötən il qaz hasilatı təqribən 4 faiz artaraq 37,1 milyard kubmetrə çatıb. Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton xam neft hasil edilib. Neft hasilatında azalma əsas etibarilə “OPEC+” razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub.

Azvision.az


Teqlər: SOCAR   Neft  





Xəbər lenti