“Zaur Əliyev peyvənddən sonra özünü yaxşı hiss edir” - AÇIQLAMA

  19 Yanvar 2021    Oxunub : 4393
“Zaur Əliyev peyvənddən sonra özünü yaxşı hiss edir” -  AÇIQLAMA
18 yanvar 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bakı Sağlamlıq Mərkəzində koronavirusa qarşı peyvənd olunub. Hazırda onun səhhəti normaldır, özünü yaxşı hiss edir.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib. Bildirilib ki, Zaur Əliyev iş başındadır.

Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri fevral ayında vaksinin ikinci dozasını vurduracaq.

Qeyd edək ki, ötən gün Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya başlanılıb. İlk olaraq tibb işçilərinə peyvənd vurulub. Səhiyyə naziri Oqtay Şirəliyev, səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramin Bayramlı koronavirusa qarşı ilk peyvənd olunan şəxslərdir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavorus   Vaksin