Rusiyanın almadığı pomidorlar başqa ölkələrə satılıb

Rusiyanın almadığı pomidorlar başqa ölkələrə satılıb
  28 Yanvar 2021    Oxunub:2022
Rusiya bazarına getməyən pomidor məhsulları başqa bazarlara ixrac edilib. 2020-ci ildə Azərbaycandan Qazaxıstana 1363 ton pomidor ixrac olunub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib. O bildirib ki, dekabrdan bu günə qədər Qazaxıstana 800 ton pomidor ixrac edilib.

“Biz bir illik ixracın 70 faizini bir ayda həyata keçirdik. Rusiya bazarlarına çıxmayan məhsul başqa ölkələrə yönəldildi. Yəni bu proses durmadı və sahibkarlarımıza ciddi ziyan dəymədi. Rusiya gedən məhsulların həcmi çox böyükdür. Ona görə başqa ölkələrə də bu həcmdə pomidor ixracı nəzərdə tutulur. Proses 4-5 il ərzində həyata keçiriləcək. Rusiyaya satılan məhsul yüksək standarlara uyğundur, sertifikatlı məhsuldur və Avropa standartlara uyğun gəlir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Pomidor   İxrac  





Xəbər lenti