Şeyx BMT-nin xüsusi tədbirinə dəvət edilib

Şeyx BMT-nin xüsusi tədbirinə dəvət edilib
  29 Yanvar 2021    Oxunub:3413
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali Nümayəndəliyindən dəvət məktubu alıb.
QMİ-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qurumun rəhbəri Miguel Angel Moratinosun imzaladığı məktubda Qafqaz Müsəlmanları İdarəsinin sədri və KAICIID Beynəlxalq Dialoq Mərkəzinin İdarə Heyətinin üzvü A. Paşazadə Dünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində fevralın 4-də keçiriləcək “Beynəlxalq İnsan Qardaşlığı Günü: Gələcəyə Bir Yol” adlı xüsusi tədbirə dəvət edilir.

Şeyxülislam Vatikana gedəcək
Dəvət məktubunda bildirilir ki, BMT Sivilizasiyalar Alyansının bu tədbiri Misirin və Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəliklərinin təşkilatçılığı və İnsan Qardaşlığı Ali Komitəsinin sponsorluğu ilə təşkil edilir.

Tədbirin məqsədi cəmiyyətlərimiz arasında qarşılıqlı hörmət və anlaşmanı artırmaq, harmoniyaya nail olmaq üçün müxtəlif etiqadlar və dinlər arasında zəruri dialoqun inkişaf etdirilməsidir. Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, qarşıdurmaların qarşısının alınmasına xidmət edən tədbir “Dünyada Sülh və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”ndəki prinsip və dəyərləri təşviq edən, davamlı sülhə aparan yol kimi tətbiqinə dair ən yaxşı təcrübələri araşdırmaq imkanı verən interaktiv panel formatında keçiriləcək.

BMT Baş katibi Antonio Quterreşin videomüraciəti ilə açılacaq tədbirdə dini liderlərin, dini təşkilatların və qurumların nümayəndələrinin çıxışları nəzərdə tutulur. Şeyxülislam A. Paşazadə interaktiv paneldə çıxış edəcək.

Azvision.az


Teqlər: QMİ   Sədr   Tədbir   Dəvət  






Xəbər lenti