Rusiyada 18 mindən çox yeni yoluxma aşkarlandı

Rusiyada 18 mindən çox yeni yoluxma aşkarlandı
  31 Yanvar 2021    Oxunub:2927
Rusiyada son sutka ərzində koronavirusa 18 359 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 850 439 nəfərə çatıb.

Rusiyada son sutkada 485 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 73 182 nəfərə çatıb. İndiyə qədər 3 300 004 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   virus  






Xəbər lenti