10 qazimiz müasir protezlə təmin olunub

10 qazimiz müasir protezlə təmin olunub
  03 Fevral 2021    Oxunub:2181
"Ötən ilin dekabr ayından Vətən müharibəsində iştirak edən qazilərin müasir protezlərlə təminatı həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub".
Azvision.az xəbır verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.

O bildirib ki, dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır:

"Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsinə malikdir. Elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz, rahat hərəkətə imkan verir".

Agentlik sədri reabilitasiya sisteminin müasirləşdirilməsi işlərinin davam etdirildiyini qeyd edib.

Azvision.az


Teqlər: Qazi   Protez  






Xəbər lenti