Şahin Mustafayev erməni həmkarı ilə yenidən görüşəcək

Şahin Mustafayev erməni həmkarı ilə yenidən görüşəcək
  03 Fevral 2021    Oxunub:2072
Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazir müavinləri - Şahin Mustafayev, Mqer Qriqoryan, Aleksey Overçukun ikinci görüşü fevral ayı ərzində baş tutacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavininin ofisindən bildirilib.

Məlumatda qeyd edilib ki, birinci alt qrupa Ərazi idarəetmə və infrastruktur nazirliyi, İqtisadiyyat, Müdafiə, Xarici İşlər nazirlikləri və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri daxil olacaq.

İkinci alt qrupda isə Dövlət Gəlirləri Komitəsi, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Müfəttişliyi, Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri təmsil olunacaq.

Xatırladaq ki, işçi qrupun ilk iclası yanvarın 30-da Moskvada keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: işçiqrup  






Xəbər lenti