2025-ci ilin büdcəsi: Nələr dəyişəcək? |
Azərbaycan-Əfqanıstan münasibətlərinin bir sıra tarixi məqamlarından bəhs edən Musa Qasımlı Xocalı soyqırımını tanıdıqlarına görə də qardaş ölkənin parlamentinə təşəkkürünü çatdırıb. Qeyd edib ki, Azərbaycan da hər zaman Əfqanıstanın haqq işini dəstəkləyib. Müxtəlif sahələr üzrə əfqan kadrların hazırlanmasına ciddi töhfələr verib. Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda Azərbaycanın sülhməramlıları da xidmət edir. Biz hər zaman Əfqanıstanda sülhün və sabitliyin hökm sürməsinə, təhlükəsizliyin qorunmasına sadiq olmuşuq. Əfqan xalqının rifah içində yaşamasını, Əfqanıstanın güclü dövlət olmasını istəyirik.
Görüşdə səfir Amanullah Ceyhun Vətən müharibəsindəki Qələbəyə görə təbriklərini və xoş arzularını çatdırıb. Əfqanıstan xalqının və dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Ölkələrimiz arasında tarixi, dini və mədəni sahələrdə mövcud olan əlaqələrdən söz açıb. Səfir ermənilərin ötən əsrin sonlarından başlayan işğalçılıq əməllərini pisləyib. 44 günlük müharibə nəticəsində işğaldan azad olunmuş bölgələrimizə səfər etdiyini, xüsusilə Füzulidə gördüyü dağıntılardan, erməni vandalizminin nəticələrindən dəhşətə gəldiyini bildirib.
Ölkəsinin parlamenti barədə ətraflı məlumat verən qonaq hər iki palatada qadınlara geniş yer verildiyini bildirib, parlamentlərarası əlaqələrimizin genişlənməsini arzuladıqlarını qeyd edib.
Sonra Milli Məclisin komitə sədri, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Rzayev xalqlarımız arasındakı dostluq və qardaşlıqdan bəhs edib, bir sıra vacib məsələlərə toxunub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Azvision.az