“Sağlam Düşüncə” EKOmiks layihəsinə start verdi

“Sağlam Düşüncə” EKOmiks layihəsinə start verdi
  01 Aprel 2021    Oxunub:1573
“Sağlam Düşüncə” Gənclər Təşkilatı (SDGT) tərəfindən “EKOmiks” layihəsinə start verilib. Layihə Fransanın Azərbaycandakı səfirliyinin dəstəyilə həyata keçirilir.
Martın 30-da Fransanın Azərbaycandakı Səfiri Zaxari Qros, Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq üzrə Müşaviri Jerom Kel və layihə heyətinin iştirakı ilə ilk onlayn görüş keçirilib. Görüşdə layihənin mərhələləri üzrə görüləcək işlər, bu sahədə idarəetmə məsələləri, layihəyə hazırlıq işləri müzakirə olunub.

Sumqayıt məktəblərini əhatə edəcək layihənin əsas məqsədi məktəblilərin komikslər vasitəsilə ətraf mühit problemləri və ekoloji faktorların insan rifahına təsirini barədə məlumatlandırılması və onların yaradıcılıq və innnovasiya bacarıqlarının inkişaf etdirilməsidir.

Layihənin icrası zaman sosial mediada ətraf mühitin mühafizəsi haqqında kampaniyanın aparılması, ekologiya mövzusunda məktəblilər və müəllimlərin iştirakı ilə onlayn seminarların keçirilməsi və komikslərin hazırlanması nəzərdə tutulub.

Layihənin dekabr ayına kimi davam etdirilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Layihə  





Xəbər lenti